Terrorçular artıq Türkiyə üçün təhdid mənbəyi deyil.
Metbuat.az xəbər verir ki, bunu Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) qurulmasının 97-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə terrorçulara qarşı mübarizəni uğurla davam etdirir: “Terrorçuların hücrələrinə daxil olmağa davam edirik. Bunun üçün həm də müasir texnologiyalardan, o cümlədən pilotsuz uçuş aparatlarından (PUA) istifadə edirik”.
R.T.Ərdoğan söyləyib ki, demək olar hər gün müxtəlif terror təşkilatlarının rəhbər şəxsləri məhv edilir.