Pensiya məbləğini birdəfəlik götürmək olar? - RƏSMİ CAVAB

"Pensiya kapitalı illər üzrə ödənilir və indeksasiya olunaraq artırılır. Yəni vətəndaş pensiyaya çıxdıqdan sonra bu vəsait qanunvericiliyə uyğun olaraq 12 il müddətinə qaytarılır".

Metbuat.az Baku.tv-yə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində bildirib.

"Əgər vətəndaş Dövlət Sosial Müdafiə Fonduna 25-30 il əvvəl 40 min pul ödəsəydi, pensiya kapitalını birdəfəlik götürə bilərdi", - deyə o əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı