Sürücü aşan maşından belə xilas edildi - VİDEO

Zaqatala rayonu, Gözbarax kəndi ərazisində qəza baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA SORENTO”” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb və avtomobilin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər minik avtomobilində sıxılı vəziyyətdə qalan 1989-cü il təvəllüdlü sürücü Qurbanov Rövşən Əbdulsalam oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR