Fransız casusun ŞOK ETİRAFLARI: "Etibarlı insan olduğunu sübut etmək üçün..." - VİDEO

Xəbər verdiyimiz kimi, Fransa Respublikasının vətəndaşı Martin Rayan 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Daha sonra, onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Metbuat.az-ın məlumatına görə, iki il əvvəl ARB televiziya kanalına verdiyi müsahibədən Rayanın həyatı və biznes dünyasında atdığı addımlar ilə bağlı müəyyən informasiyalar öyrənmək mümkün olub.

Hərbi və geosiyasi tarix üzrə təhsil alan Rayan, 2015-ci ilə qədər hərbi və qlobal təhlükəsizlik sahəsində çalışıb. Daha sonra o işini dəyişərək 2019-cü ildə Bakıda “Merkorama” şirkətini təsis edir. Şirkət qida sektorunda fərqli sousların tanıdılması, restoran və hotellərə təqdimatını həyata keçirirmiş.

Sonradan məlum olub ki, Azərbaycanın xüsusi xidmət orqanlarının ifşa etdiyi casus Fransanın xeyrinə kəşfiyyat fəaliyyəti ilə məşğul olub.

ARB televiziya kanalının Rayan ilə sözügedən müsahibəsini təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı