Məzahir Pənahov medianın seçkilərdə vəzifələrini açıqladı

Media hər zaman çalışmalıdır ki, seçkilərin necə təşkil olunub keçirilməsini çatdırmaqla yanaşı, çatışmazlıqlar aradan qaldırılmasa, onu ictimailəşdirsin.

Metbuat.az xəbər verir ki, bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçki məsələsinə Azərbaycan vətəndaşı kimi yanaşmalı, sonra peşə məsələsinə keçməliyik: "Xüsusilə 2020-ci ildə torpaqlarımızı azad edəndən sonra baş verən hadisələr bir daha göstərdi ki, bəzi yerli problemləri dünyanı idarə edənlər yaradır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı