Ançelotti Ardanın oyunundan danışdı - "Real"ın önəmli futbolçusu olacaq

İspaniya Superkubokunun yarımfinalında “Real Madrid” "Atletiko Madrid"i 5-3 hesabı ilə məğlub edərək finala yüksəlib.

Metbuat.az xəbər verir ki, Arda Güler oyunun əlavə hissəsində meydana çıxıb. Matçdan sonra "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Arda Güler haqqında açıqlama verib.

"Atletiko Madrid" üzərində qazanılan qələbəni dəyərləndirən Ançelotti, "Finala çıxdığımız üçün şadam. Çox çətin bir matç oldu. Hər iki tərəfin qalib gələ biləcəyi bir matç oldu. Matçın sonuna qədər bir az fiziki gücümüzə qənaət etdik və biz qalib gəldik. Hazırda Arda Gülerin performansı çox yaxşıdır. Onun kimi bir istedadın burada olması bizi çox sevindirir. Səbirli olmalıyıq. O, öz istedadını göstərmək imkanı tapacaq. Onun komandaya bir az daha uyğunlaşması lazımdır. O, əla keyfiyyət nümayiş etdirir. Onun üçün hamımız çox sevinirik. O, "Real Madrid" üçün çox önəmli futbolçu olacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR