Qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlandı

Bu günə qədər 17 min 500-dən çox müşahidəçi qeydiyyatdan keçib. Təxminən 6300 seçki məntəqəsinin olacağını nəzərə alsaq, hər məntəqəyə orta hesabla üç müşahidəçi düşür.

Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 11-də jurnalistlərə müsahibəsində deyib.

“Müşahidəçilərin çox olmasını alqışlayırıq. Arzu edirik ki, həmin müşahidəçilər işğaldan azad edilmiş bölgələrdə də seçki prosesini izləsinlər”, - deyə MSK sədri qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR