Müharibə göstərdi ki, Ukrayna NATO-ya üzvlüyə tam hazırdır.
Metbuat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Tallində estoniyalı həmkarı Alar Karislə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ordunun səviyyəsi və Ukrayna vətəndaşlarının Alyansa üzvlük istəyi də bunu göstərir: “Biz təkcə nəzəri deyil, həm də praktikası olan orduya malikik. Ordumuz müharibə zamanı NATO silahlarından təkcə hərbi təlimlərdə deyil, həm də döyüş meydanında istifadə etdi”.