İcra başçısının qardaşı oğlu hakim qarşısına çıxır

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qaraşova qarşı yekun olaraq Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Bu maddənin sanksiya həddi 9 ildən 14 ilə kimidir.

İşi Cəlil Nəbiyevin sədrlik etdiyi hakimlər heyəti araşdıracaq.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda Kürdəmir rayonunun Pirəköcə kəndində baş verib.

19 yaşlı Azay Qaraşovun ailə münasibətləri zəminində atası Azər Qaraşovu ov silahından bir neçə dəfə atəş açmaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Azər Qaraşov Lənkəranın icra başçısı Taleh Qaraşovun qardaşıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı