Sübhan Bəkirov vəzifəsindən azad edildi

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirov ehtiyata buraxılıb.

Bu barədə Metbuat.az Pravda.az-a istinadən xəbər verir. Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

Bunların arasında Azərbaycan Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyev və Quru Qoşunların artıq sabiq komandanı general-leytenant Ənvər Əfəndiyev də var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı