Azərbaycan millisi ABŞ-yə yollandı

Boks üzrə Azərbaycan millisi Olimpiya çəki dərəcələri üzrə lisenziya turnirlərinə və “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığı ABŞ-ın Kolorado ştatında davam etdirəcək.

Azərbaycan Boks Federasiyasından Metbuat.az-a verilən məlumata görə, təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərli altında 9 boksçu iştirak edəcək.

Məşqçilər heyəti hazırlıqda Nicat Hüseynov (54 kiloqram), Ümid Rüstəmov, Şamil Əsgərov (hər ikisi 57 kiloqram), Tayfur Əliyev, Malik Həsənov (hər ikisi 63,5 kiloqram), Sərxan Əliyev (71 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Alfonso Dominges (92 kiloqram) və Məhəmməd Abdullayevi (+92 kiloqram) yoxlayacaq.

Toplanış müddətində ABŞ boksçuları ilə birgə məşqlər və sınaq döyüşlərinin keçirilməsi də planlaşdırılır. Hazırlıq fevralın 1-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində Murad Allahverdiyev (80 kiloqramda) və Məhəmməd Abdullayev (+92 kiloqramda) “Paris-2024”ə lisenziyanı III Avropa Oyunlarında qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı