Xəbər verildiyi kimi, 2 gün əvvəl Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən avtoqəza baş verib.
Metbuat.az publika.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Cəfər Həsənovun idarə etdiyi "BMW" markalı minik avtomobili ödənişli yolda idarəetmədən çıxaraq aşıb.
Nəticədə 26 yaşlı Cəfər hadisə yerində aldığı xəsarətlərdən ölüb.
Daha üç nəfər, Bakı şəhər sakinləri 2003-cü il təvəllüdlü Nərmin Elnur qızı Təhməzova, 1998-ci il təvəlludlü Qocayeva Leyla İsmayıl qızı və 2002-ci il təvəllüdlü Emin Sərdar oğlu Xudiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Bildirilir ki, qəzaya düşənlər dost olublar.
Vəfat edən gəncin fotosunu təqdim edirik: