Rusiya olmadan sülh ola bilməz - Peskovdan Ukraynanın planına reaksiya

Kremlin sözçüsü Dmitri Peskov, Ukraynanın təqdim etdiyi və Davosda müzakirə edilən sülh planı barədə danışıb.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Rusiyanın iştirakı olmadan məsləhətləşmələr keçirilə bilər, lakin bu danışıqların hər hansı nəticəsi olmayacaq. Rusiyanın bu cür məsləhətləşmələrə yanaşmasının daha əvvəl dəfələrlə dilə gətirildiyinə diqqət çəkən Peskov, "Bu proseslərin konkret nəticə əldə etməməsinin səbəbi var; biz iştirak etmirik. Bizim iştirakımız olmadan heç bir danışıqlar aparıla bilməz” deyə bildirib.

Qeyd edək ki, İsveçrənin Davos şəhərində keçirilən 54-cü Dünya İqtisadi Forumunun illik sammitindən əvvəl 83 ölkənin milli təhlükəsizlik müşavirləri Kiyevin Rusiya ilə müharibəyə son qoyması üçün şərtləri əks etdirən Ukraynanın 10 maddədən ibarət sülh planını müzakirə edib. Rusiya danışıqlara dəvət edilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı