Elnarə Qasımova ilə bağlı qərar verildi

Xətai rayon məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilərək saxlanılan jurnalist Elnarə Qasımovanın işi üzrə məhkəmə prosesi keçirilib.

Metbuat.az-ın məlumatına görə, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatına baxılıb. Təqdimat təmin edilib və Elnarə Qasımova barədə 2 ay 17 gün müddətinə həbs qəti imkan tədbiri seçilib.

İttihama görə, “Abzas Media”nın əməkdaşı Elnarə Qasımova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı