ABŞ prezidenti Co Bayden prezident seçkilərindəki rəqibi Donald Trampı müxalifətin aşkar favoriti adlandırıb.
Metbuat.az xəbər verir ki, Bayden bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Görünür, Donald Tramp elə indicə Ayovada qalib gəldi. O bu mərhələdə müxalifətin aşkar favoritidir".
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.