Azərbaycan Dəmir Yollarının Xidmət Məntəqəsində YANĞIN OLDU

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri Texniki Xidmət Məntəqəsində yanğın olub.

Metbuat.az-ın məlumatına görə, yanğın məntəqənin dam örtüyündə baş verib. ADY-dən verilən məlumatda bildirilir ki, yanğının qarşısı alınıb:

"Bu gün səhər saat 10:35 radələrində Biləcəri Texniki Xidmət Məntəqəsinin dam örtüyündə tüstülənmə hadisəsi baş verib. ADY-nin yanğınsöndürmə qatarı və FHN-nin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri dərhal hadisə yerinə cəlb edilib. Operativ tədbirlər nəticəsində tüstülənmənin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR