Ukraynanın xarici işlər naziri Dimitro Kuleba Rusiyanın ölkəsini işğalının ilk günlərində atəşkəs danışıqları zamanı rusiyalı həmkarı Sergey Lavrovun üzünə yumruq vurmaq istədiyini bildirib.
Metbuat.az xəbər verir ki, Kuleba ukraynalı blogerə verdiyi müsahibədə 2022-ci ildə Antalyada keçirilən görüşdən danışarkən “Ən çətin görüşlər gedib düşməninizin burnuna yumruq vurmaq istədiyiniz görüşlərdir, amma bunu edə bilməzsiniz” deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Kulebanın açıqlamalarının "Ukrayna rəhbərliyinin səriştəsizliyini" göstərdiyini ifadə edərək, "Ukraynanı ABŞ-ın pulu ilə məhv etmək üçün savadsız, aqressiv insanları nazir təyin etdilər" deyə bildirib.