Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu bu qədər artıb

Ötən il Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 9,8 % çox vəsait yönəldilib.

Metbuat.az xəbər verir ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,9 %, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3 % artıb. İstifadə olunmuş vəsaitin 12 milyard 485,2 milyon manatı və ya 61,5 %-i məhsul istehsalı sahələrinə, 6 milyard 840 milyon manatı (33,7 %-i) xidmət sahələrinə, 971,4 milyon manatı (4,8 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 16 milyard 411,5 milyon manatını və ya 80,9 %-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 14 milyard 559,6 milyon manatı və ya 71,7 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,5 %, büdcə vəsaitləri 36,6 %, əhalinin şəxsi vəsaitləri 5,9 %, bank kreditləri 3 %, sair vəsaitlər isə 6 % təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı