Joze Mourinyo qovuldu

"Roma" klubu baş məşqçi Joze Mourinyonu istefaya göndərib.

Metbuat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Roma" portuqaliyalı mütəxəssisə təşəkkür edib və ona sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Mourinyo 2021-ci ildən İtaliya klubunda işləyib. O, komanda ilə UEFA Konfrans Liqasının qalibi olub. İtaliya A seriyasının sonuncu turunda "Roma" "Milan"a 1-3 hesabı ilə məğlub olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı