Haaland və Messi eyni xal toplasa da, mükafat niyə argentinalıya verilib?

Xəbər verdiyimiz kimi FIFA-nın ilin ən yaxşılarına təqdim etdiyi “The Best” mükafatının sahibləri müəyyənləşib.

Metbuat.az xəbər verir ki, ötən ilin ən yaxşı futbolçusu ABŞ-nin “İnter Mayami” komandasının argentinalı ulduzu Lionel Messi seçilib. Məlumata görə, Messi “Mançester Siti”nin futbolçusu Erlinq Haalandla eyni xal toplayıb. Lakin mükafatı Leo Messi qazanıb.

Bildirilir ki, xallar eyni olanda futbolçuya verilən 5 xallıq səslərin sayına baxılır. Messidə 5 xallıq səslərin sayı daha çox olduğu üçün mükafatı o qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı