Britaniyada hökumətə etiraz - İsrailə silah satışını dayandırın

Böyük Britaniyanın müxalifətdəki Əmək Partiyasından olan millət vəkili Zarah Sultana hökuməti İsrailin Qəzzada törətdiyi hərbi cinayətlərə dəstək verməməyə çağırıb.

Metbuat.az xəbər verir ki, o, Britaniyanın baş naziri Rişi Sunakı müharibə cinayətlərinin silahlandırılmasına son qoymağa çağırıb. Britaniyalı deputat bu səbəbdən 2023-cü ildə sözügedən silah satışını dayandırmaq üçün parlamentə qanun layihəsi təqdim etdiyini xatırladıb. Sultana bildirib ki, qanun layihəsinin ikinci oxunuşu keçiriləcək.

Sultana bəyan edib ki, qanun layihəsi İsrail də daxil olmaqla, beynəlxalq hüququ poza biləcək istənilən ölkəyə silah satışının dayandırılmasını nəzərdə tutur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı