“Qida təhlükəsizliyi” haqqında qanuna dəyişiklik ediləcək

“Qida təhlükəsizliyi” haqqında qanuna dəyişiklik ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsin iclasında müzakirə aparılıb.

Qeyd olunub ki, Azərbaycanda insanların həyat və sağlamlığın qorunması, istehlakçıların hüquqlarının müdafiəsi, bu sahədə qanunvericiliyin ölkənin üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması, yerli qida və yem məhsullarının rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması, habelə qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası sahəsində sahibkarlığın inkişafı üçün şəraitin yaradılması məqsədilə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minib. Təklif olunan dəyişikliklər qanunun tətbiqi təcrübəsində ortaya çıxan məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.

Qanunun tələblərinə uyğun olaraq ölkə başçısının fərmanı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin Siyahısı”nda göstərilən, qida və yem məhsullarının istehsalı, emalı, dövriyyəsi və utilizasiyası ilə məşğul olan qida obyektləri AR Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 30 (otuz) iş günü müddətində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunur və ya onların təsdiqindən imtina edilir.

Təklif olunan dəyişiklik qida obyektinin təsdiqindən imtina edilməsi üçün əsasları dəqiqləşdirir. Belə ki, aparılan qiymətləndirilmə nəticəsində qida obyektində aşkar edilmiş uyğunsuzluqların infrastruktur və avadanlıqla əlaqəli olduğu və təhlükəli qida və yem məhsullarının istehsalına və emalına səbəb olacağı halda qida obyektinin təsdiqindən imtina ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı