FHN Sumqayıtda baş verən yanğınla bağlı məlumat yaydı

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən Sumqayıt Dövlət Texniki Kollecinin korpusunda baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, yanğın nəticəsində hər mərtəbəsi 512m² olmaqla ümumi sahəsi 1024m² olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları 200m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb. Binanın böyük hissəsi, bitişik olan korpusu və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində 8 nəfər sakinin təxliyəsi həyata keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı