Yanvarın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarından 7 ədəd avtomat, 17 ədəd müxtəlif markalı tüfəng, 10 ədəd patron darağı və 675 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat, 3 ədəd tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd patron darağı və 110 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.