Mark Libbi (Mark Libby) ABŞ-nin Azərbaycana yeni təyin olunmuş səfiri kimi rəsmi işinə başlamaqdan şərəf duyduğunu bildirib.
Metbuat.az xəbər verir ki, o, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
“Mən ABŞ-nin Azərbaycandakı səfiri kimi rəsmi işimə başlamaqdan şərəf duyuram. Azərbaycanı kəşf etməyi, Azərbaycan xalqı ilə görüşməyi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün çalışmağı səbirsizliklə gözləyirəm”, - əlavə edilib.