Pakistan Prezidenti İranla gərginlikdən danışdı - Qardaş ölkə olsaq da...

İranla gərginliyin artmasından sonra Pakistan Prezidenti Arif Əlvi İranla qardaş ölkə olduqlarını, lakin torpaqlarını müdafiə etmək üçün bütün tədbirləri görəcəklərini bildirib.

Metbuat.az xəbər verir ki, Alvi yazılı açıqlamasında Pakistanın milli təhlükəsizliyi və ərazi bütövlüyündən güzəştə getməyəcəyini vurğulayaraq, Pakistan ordusunun İranın Sistan-Bəlucistan əyalətindəki terrorçuların sığınacaqlarına hücumunu təqdir edib. O, Pakistanın bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etdiyini ifadə edərək, İranla bağlı problemlərin dialoq və qarşılıqlı məsləhətləşmə yolu ilə həll edilməli olduğuna diqqət çəkib.

Qeyd edək ki, İran Pakistanın Bəlucistan əyalətindəki terror təşkilatlarının düşərgələrini hədəfə aldığını açıqlamışdı. Ardınca Pakistan ordusu İranın Sistan-Bəlucistan əyalətinə hücumu etdiyini və çox sayda terrorçunun zərərsizləşdirildiyini bəyan edib. Gərginlikdən sonra Pakistan Tehrandakı səfirini geri çağırıb və Tehrana məlumat verib ki, hazırda İranda olan İranın İslamabaddakı səfiri bir müddət geri qayıtmaya bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı