Sumqayıtda fəhlənin ölməsi faktı ilə bağlı araşdırma aparılır

Yanvarın 18-də saat 10 radələrində Sumqayıt şəhəri ərazisində “Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırovun kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalması nəticəsində ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı