Obyektlərdə yanğına qarşı heç bir tədbir görülmür - EKSPERT

"Müəssisələrdə yanğın təhlükəsizliyi qaydalarının təşkili, təmin olunması və qaydalara riayət olunması bilavasitə müəssisə rəhbərliyinin öhdəliyidir. Yəni müəssisələrdə yanğın təhlükəsinə nəzarət müəssisə rəhbərliyindədir. Ona görə də məsuliyyəti müəssisə rəhbərləri daşıyır".

Bu fikirləri ekspert Orxan Musayev son günlər ard-arda baş verən yanğın hadisələrindən Metbuat.az-a danışarkən bilirib.

Hadisələrin baş verməsinə səbəb əksər hallarda qaydalara biganəlik, insanların səhlənkarlığı və bir çox hallarda isə məlumatsızlığın səbəb olmasını deyən ekspert qeyd edib ki, əksər insanlıar qaydaları bilmədiklərinə görə, bu cür bədbəxt hadisələrlə üzləşirlər.

"Bir çox hallarda isə ümumiyyətlə müəssisədə yanğın təhlükəsizliyi qaydaları əsasında heç bir iş görülmədiyindən yanğın hadisəsi baş verir. Baş verən yanğın hadisəsinin qarşısını almaq mümkün olmur. Çünki, hec bir tədbir görülmür. Ona görə də yanğın təhlükəsizliyi ilə bağlı öncədən tədbir görülməlidir. Müəssisədə insanların sağlam və təhlükəsiz şəkildə köçürülməsi üçün köçürülmə planları hazırlanmalıdır. İnsanlar işə qəbul edilərkən praktiki-nəzəri tədbirlərdən keçirilməlidirlər. Müəssisədə könüllü yanğın söndürmə qrupları yaradılmalıdır. Bu işlər əvvəlcədən qurulmalıdır".

Orxan Musayev deyib ki, müəssisələrdə yanğın söndürmə vasitələrinin saz vəziyyətdə saxlanılmasına nəzarət olunmalıdır:

"Yanğın siqnalizasiya sistemləri aktiv olmalıdır. İlkin yangin söndürmə alətləri, balonlar işlək vəziyyətdə olmalı, obyektin həcminə görə, müvafiq qanunvericilikdə göstərilən sayla yerləşdirilməlidir.

Bəzi hallarda yanğın baş verir, ilkin yanğın söndürmə vasitələrindən istifadə etmək mümkün olmur. Əsasən də, səhiyyyə müəssisələrində od söndürən balonlar hündür bir yerdə asılıb və zəncirlənib. Amma qaydaların tələblərinə görə, ilkin yanğın söndürmə vasitələri yəni, od söndürən balonlar 1.2-1.5 m məsafə arasında asılmalıdır ki, hər kəsə əlçatan olsun".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı