Bakı sakinlərinə hava ilə bağlı xəbərdarlıq edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, xəbərdarlıqda deyilir:

Bakıda və Abşeron yarımadasında yanvarın 19-u gündüzdən 20-dək cənub-qərb küləyinin 15-18 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 19-da qərb küləyinin əsasən bəzi dağlıq və dağətəyi rayonlarda 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR