İran nüvə silahı əldə etsə, əsas hədəfi İsrail olacaq - Ekspert

İsrailin Baş naziri Benyamin Netanyahu jurnalistlərə açıqlamasında deyib ki, İsrail İrana hücum edə bilər. Çünki, Husilər, HƏMAS və Livan Hizbullahının hücumlarının arxasında duran ilanın başı İrandadır.

Bəs doğurdanmı bütün bunların arxasında İran dayanır? İsrailin yaxın zamanda İranla müharibəyə başlamaq təhlükəsi varmı?

Mövzu ilə bağlı Metbuat.az-ın suallarını cavablandıran politoloq Elxan Şahinoğlu bildirib ki, Hizbullah, HƏMAS, Husiləri silahlandıran İrandır və bütün bu qruplaşmaların da əsas hədəfi İsraildir.

"Hizbullah sərhəddə İsrailə zaman-zaman zərbələr endirməyə çalışır. HƏMAS, onsuz da keçən ilin oktyabr ayında terror hücumu həyata keçirdi. Hal-hazırda Qəzzada ölən mülki insanların sayında artıb və Husilərdə Qırmızı dənizdə məhz İsraillə mübarizə adı altında ticarət gəmilərinə hücum edirlər. İsrail də bilir ki, bunların arxasında İran dayanır. Ona görə də İsrailin baş naziri Netenyahu tez-tez İranın adını çəkir ki, İrana da zərbələr endirə bilərlər"

Poliqotoq qeyd edib ki, İranın Suriyada və İraqdakı mövqelərinə İsrail təyyarələri ara-sıra zərbələr endirirlər.

"Amma İsrail başa düşür ki, əsas rəqibi, düşməni İrandır və İranın nüvə silahı əldə etməsinə qarşı İsrail illərdir mübarizə aparır. Çünki, bilir ki, nüvə silahı əldə etsə, əsas hədəfi İsrail olacaq. Ona görə də Netenyahu bu səpkidə açıqlamalar verir ki, əslində İranı da vura bilərlər. İsrailin əlində texnoloji silahlarla təbii ki, bu mümkündür. Amma, bunun da çox acı nəticələri ola bilər. İranın özünün İsarilə əli çatmasa da, adı çəkilən silahlar və qruplarla yenidən yaxın Şərqi qarışdıra bilər".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı