Səudiyyə Ərəbistanını tərk etmək istəyən Kərim Benzemanın Avropaya qayıtmağa hazırlaşdığı iddia edilib.
Metbuat.az xəbər verir ki, onun İngiltərəyə qayıdacağı irəli sürülür. “ESPN”dən Julian Laurensin məlumatına görə, Benzema onunla maraqlanan bir çox Avropa komandasının təkliflərini dəyərləndirib. “Çelsi”nin Benzemaya daha yaxşı təklif irəli sürdüyü deyilir. Heyətində Kristofer Nkunku, Nikolas Cekson və Rəhim Sterlinq kimi hücumçuları olan "Çelsi" zəif çıxış etdiyi Premyer Liqada 9-cu pillədə qərarlaşıb. “Çelsi” 36 yaşlı Benzema kimi təcrübəli hücumçunu heyətə qatmaqla irəli mövqedəki problemi aradan qaldırmaq istəyir.
Qeyd edək ki, Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl İttihad” komandasının heyətində 20 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.