Bakıdan Sumqayıta marşrut xətti açıldı - Gediş haqqı müəyyənləşdi

Yanvarın 21-dən Bakı - Sumqayıt istiqamətində yeni marşrut xətti fəaliyyətə başlayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Baku Bus” MMC-nin "Instagram" səhifəsində məlumat yayılıb. Məlumatda qeyd olunub ki, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq.

Marşrut xəttinin dayanacaqları: Bakı Beynəlxalq Avtovağzal Kompleksi, “Avtovağzal” m/st, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı evlər yaşayış kompleksi, Sumqayıt avtovağzalı olacaq. Gün ərzində interval 11 dəqiqə, pik saatlarda isə 7-8 dəqiqə olacaq. Səhər Sumqayıtdan ilk çıxış 5:50, Bakıdan 6:30, axşam Bakıdan son çıxış 23:00, Sumqayıtdan son çıxış 22:20-də olacaq. Gediş haqqı 80 qəpik təşkil edəcək.

Qeyd edək ki, hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı