Texasda keçirilən Beynəlxalq Kopernik Olimpiadasında 24 istedadlı azərbaycanlı məktəblidən ibarət komanda dəqiq elmlər, fizika və astronomiya fənləri üzrə 2 qızıl, 12 gümüş və 7 bürünc medal qazanıb.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Gələcək fəaliyyətinizdə sizə uğurlar arzulayırıq!” - diplomatik nümayəndəlikdən bildirilib.
Qeyd edək ki, Kopernik Olimpiadası 3-12-ci sinif şagirdləri üçün özəl akademik müsabiqədir. 2020-ci ildə təsis edilib və dünyanın hər yerindən minlərlə iştirakçını cəlb edir.