Ötən il korrupsiyaya görə saxlanılan məmurların sayı - AÇIQLANDI

2023-cü ildə Azərbaycanda korrupsiya hallarına yol verən 56 vəzifəli şəxs cinayət başında yaxalanıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2023-cü ilin yekunlarına həsr edilmiş geniş əməliyyat müşavirəsində Baş idarə rəisi Nazim Rəcəbov deyib.

O bildirib ki, hesabat dövründə əməliyyat qurumları tərəfindən 158 cinayət işi başlanılıb, keçirilmiş 49 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya hallarına yol verən 56 şəxs cinayət başında yaxalanıb habelə axtarışda olan 30 nəfər saxlanılıb:

“Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 336 şəxs barəsində 224 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Həmin işlərdən 80 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və rəhbərləri məhkəmə məsuliyyətinə verilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır”.

Baş idarə rəisi deyib ki, istintaqı tamamlanmış cinayət işlərindən 211 şəxs barəsində 114 iş ağır cinayətlər məhkəmələrinə, 12 şəxs barəsində 8 iş hərbi, eyni zamanda 113 şəxs barəsində 102 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib:

“Hesabat ili ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 91 milyon 555 min 723 manat məbləğində maddi ziyandan 36 milyon 118 min 014 manatı ödənilb.

Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 43 milyon 180 min 362 manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Bundan başqa, ötən dövrdə icraatına xitam verilmiş cinayət işləri üzrə özgə əmlakına vurulmuş 13 milyon 926 min 714 manat məbləğində maddi ziyan tam olaraq ödənilib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı