Ançelotti Ardaya görə peşman oldu - Türk futbolçudan üzr istədi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunun 1/8 mərhələsindəki "Atletiko Madrid"lə matçdan sonra Arda Gülerlə təkbətək görüşüb.

Metbuat.az xəbər verir ki, Ançelotti Arda Gülerdən onu meydana buraxmadığı üçün üzr istəyib. “Defensa Central”ın məlumatına görə, oyundan sonra Ançelotti Ardanın yanına gedərək onunla söhbət edib. Bu zaman Ançelotti Ardaya onu meydana buraxmadığı üçün üzrxahlıq edib.

Qeyd edək ki, oyunun əsas vaxtı 2-2 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha iki qol vuran “Atletiko Madrid” 1\4 mərhələyə vəsiqə qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı