Yanvarın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 müxtəlif markalı tüfəngi təhvil götürüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, ötən gün, həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 avtomat silah, 1 tapança, üç patron darağı və 66 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.