Vətəndaşlardan xeyli silah-sursat aşkarlanaraq təhvil götürüldü

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, yanvarın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd tapança, 13 ədəd müxtəlif markalı tüfəng, 2 ədəd patron darağı və 14 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmin gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 2 ədəd tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 4 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı