Mediasiyanın tətbiq dairəsi dəyişdi - YENİ QANUN

Azərbaycanda mediasiyanın tətbiq dairəsi dəyişib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Dəyişiklikdən öncə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrlə yanaşı, kommersiya mübahisələri də mediasiyanın tətbiq dairəsinə daxil idi. Dəyişikliklə kommersiya mübahisələri mediasiyanın tətbiq dairəsindən çıxarılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı