Dost və qardaş ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik - Türkiyə MTŞ

Türkiyə dost və qardaş ölkələrin ərazi bütövlüyünü dəstəkləyir.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair açıqlamada bildirilib. Qeyd edilib ki, cari məsələlərin həlli istiqamətində müvafiq tərəflərlə təmaslar davam etdiriləcək. Milli Təhlükəsizlik Şurasının 3 saat 45 dəqiqə keçən iclasında terrorla mübarizənin əsas istiqamətləri vurğulanıb.

“Məkanından asılı olmayaraq bütün terror təşkilatlarını hədəf almağa davam edəcəyik”, - açıqlamada yer alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı