5 nəfər çalışdığı qurumdan, 6 nəfər vəzifədən çıxarıldı - Kamran Əliyev

2023-cü ildə Hərbi prokurorluq orqanları tərəfindən 3146 təqdimat verilib və 453 xəbərdarlıq edilib.

Metbuat.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən Kollegiya iclasında deyib.

O qeyd edib ki, baxılmış təqdimatlar üzrə 5 şəxs çalışdığı qurumdan xaric edilib, 6 şəxs tutduğu vəzifədən azad olunub və ya müvəqqəti olaraq vəzifəsinin icrasından kənarlaşdırılıb:

“1 vəzifəli şəxs aşağı vəzifəyə keçirilib, 1 şəxsin 1 il müddətinə əməkhaqqı 20% azaldııb, 16 şəxsə töhmət və ya şiddətli töhmət verilib, 5 şəxsə xəbərdarlıq olunub, 44 halda əmək kollektivinin iştirakı ilə müzakirə olunub”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı