Fransa Aİ-dən çıxsın və bu ittifaqı məhv edək - Fransız siyasətçi

Fransalı siyasətçi, "Vətənpərvərlər" partiyasının sədri Florian Filippot Fransanı Avropa İttifaqından çıxmağa çağırıb.

Metbuat.az bildirir ki, o, bu barədə özünün "X" sosial şəbəkə hesabında qeyd edib. O, Brüsselin “MERCOSUR” ilə azad ticarət sazişinin qəbulunu sürətləndirmək qərarına münasibət bildirərkən ölkəsini Aİ-ni "məhv etməyə" səsləyib.

Siyasətçinin sözlərinə görə, saziş Fransanın kənd təsərrüfatına ciddi ziyan vuracaq:

“Bu qərar bizim kənd təsərrüfatımızı öldürəcək. Aİ bizi məhv etməmişdən əvvəl onu məhv edək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı