Bayden Misir və Qətər liderləri ilə telefonda danışdı

ABŞ Prezidenti Co Bayden Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə Qəzza zolağındakı girovların azad edilməsi perspektivlərini müzakirə edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Prezident Bayden Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə İsrail və Qəzzada baş verən son hadisələri, o cümlədən HƏMAS-ın girov götürdüyü bütün girovları azad etmək səylərini müzakirə etmək üçün danışıb", - mətbuat xidmətinin bəyanatında deyilir. Amerika liderinin eyni məsələləri Qətər əmiri ilə də danışdığı qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı