ABŞ-nin Ukrayna ilə bağlı yeni planı var - Xarici KİV

ABŞ Ukrayna Silahlı Qüvvələri üçün yeni müdafiə strategiyası hazırlayır.

Metbuat.az-ın məlumatına görə, bu barədə ““The Washington Post” yazıb.

Qəzetin açıqlamasına görə, bu planda Ukraynaya Rusiyanın yeni hücumlarının qarşısını almağa kömək etməklə yanaşı, Kiyevin hərbi qüdrətini və iqtisadiyyatını gücləndirmək kimi uzunmüddətli hədəf planı da irəli sürülüb.

2024-cü il planının keçən ildən fərqləndirən əsas cəhət diqqətin Rusiya qüvvələrinin sıxışdırılmasına yönəlməsidir.

Nəşrin Vaşinqtondakı mənbəsi qeyd edib ki, Ağ Ev fərqindədir ki, Ukrayna Silahlı Qüvvələri üçün əvvəllər həyata keçirməyə çalışdıqları bütün cəbhələrdə eyni anda genişmiqyaslı hücuma başlamaq çətin olacaq.

“WP” qeyd edib ki, ABŞ Ukraynanın sənaye və ixrac bazasının qorunması, bərpası və genişləndirilməsi üçün “Qərb institutlarına tam inteqrasiya” ilə bağlı siyasi islahatların aparılması proqramını da təklif edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı