"TikTok"dan qazanılan pullar: "50 min manatdan çox olarsa..." - ARAŞDIRMA

Dəyəri minlərlə manat olar hədiyyələr, “TikTok”dan qazanılan dəbdəli həyat.

Bəs bu gəlirin mənbəyi nədir?. Nəzərə alsaq ki, bir müddət əvvəl Türkiyədə çirkli pulların yuyulması ittihamı ilə sosial media fenomenləri Dilan Polat və həyat yoldaşı Engin Polat polis tərəfindən saxlanıldı. Aparılan araşdırmadan sonra daha 24 şübhəli fenomen istintaqa cəlb olundu, əmlakları müsadirə edildi və 16-sı həbs edildi.

Azərbaycanda da “TikTok” sosial şəbəkəsində hərgün canlı açaraq hədiyələrə boğulan fenomenlər az deyil.

Hətta çox zaman özləri də açıq şəkildə qazanclarını dilə gətirirlər. Bütün bunlar bloqerlərin çirkli pulların yuyulmasında iştirak edib-etməməsini aktuallaşdırır.

Hüquqşünas Şamil Paşayev bildirib ki, sözügedən platformalarla bağlı ən böyük problemlərdən biri də bu şəxslərin vergi ödəyicisi olmamalarıdır. Lakin reallıq budur ki, heçbir rəsmi işi olmayan, sadəcə “TikTok da məşhurlaşıb hədiyyələrlə gəlirini artıran şəxslərin sayı günü-gündən artır.

Qanunvericiliklə isə çirkli pulların leqallaşdırılması cinayət hesab edilir və bu məbləğ 50 min manatdan çox olduğu halda həmin şəxsi 7-12 il cəza gözləyir.

Ətraflı "Xezer Xəbər"in videomaterialında:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı