İzzət özünə bənzəyən bacısı oğlu ilə efirə çıxdı - VİDEO

Müğənni İzzət Bağırov onun sənətini davam etdirən bacısı oğlu Tahir Cəbrayılovla efirə çıxıb.

Metbuat.az xəbər verir ki, onlar "Mətbəxdə Ağa" verilişində qonaq olublar. Tahir sənətə gəlməsindən, dayısının ona dəstək olmasından danışıb.

"Müğənnilik çətin sənətdir. Uşaqlıqdan həvəsim olub bu sənətə. Dayımdan görə-görə. Sağolsun, o, mənə hər zaman dəstək olub. Günü bu gün də bir yerdə verilişdəyik. O, hər zaman yanımdadır", - deyə Tahir vurğulayıb.

Dayı və bacı oğlunun oxşarlığı, hətta səhnə imiclərinin eyni olması sosial media istifadəçiləri tərəfindən təəccüb və maraqla qarşılanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı