“Real” “Fənərbaxça”dan növbəti futbolçunu alır

“Real Madrid” “Fənərbaxça”nın daha bir futbolçusunu transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, "Real Madrid" skautlarının Ferdi Kadıoğlunu izlədiyini bildirilir. Bildirilir ki, Arda Gülerin transferində vacib rolu olan "Real"ın baş skautu Juni Calafat Ferdinin oyunundan razı qalıb. "Real"ın baş skautu Ferdini həm Türkiyə millisinin heyətindəhəm də “Fənərbaxça”nın Avropa Konfrans Liqası matçında müşahidə edib. O, Ferdi barədə hesabatında “Alına bilər” qeydini edib. Bildirilir ki, Juni Calafat “Real Madrid”ə istedadlı futbolçuların transfer edilməsində son qərarı verən skautdur.

Qeyd edək ki, "Bavariya" və "Borussiya Dortmund"un da Ferdi Kadıoğlunu izlədiyi irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR