Məhəmməd Əmin Rəsulzadənin səsi yenidən canlandırıldı - VİDEO

Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin səsi süni intellekt vasitəsi ilə yenidən canlandırılıb.

Bu barədə Metbuat.az-a “Tarix sahəsində Maarifləndirməyə Dəstək” ictimai birliyinin sədri Kənan Məmmədov bildirib.

Səs yazısında Məhəmməd Əmin Rəsulzadə, xüsusilə son 30 ilin siyasi proseslərinə istinad etməklə Azərbaycan xalqının əzmkarlığını təqdir edir. Səs yazısı Məhəmməd Əmin Rəsulzadənin səs tonunu və orjinal ifadə tərzinin yansıdılması baxımından olduqca uğurlu bir layihədir. Bu ideya tarix və texnologiyanı bir araya gətirərək, keçmişin izlərini gələcəyə daşımağı hədəfləyir.

Qeyd edək ki, layihənin təşəbbüskarı “Tarix sahəsində Maarifləndirməyə Dəstək” ictimai birliyinin sədri Kənan Məmmədovdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı