Xəbər verdiyimiz kimi, "TikTok"da "Jalilov" adı ilə məşhurlaşmış şəxsin yaşlı qadına qarşı hərəkəti müzakirələrə səbəb olub.
DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Metbuat.az-a bildirib ki, yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb.
Valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.