Latviyalı deputat bu ölkəyə casusluq edib - KİV

Latviyalı deputat Tatyana Jdanok azı 20 il Rusiya kəşfiyyat xidmətinə casusluq edib.

Metbuat.az bildirir ki, bununla bağlı araşdırma "Baltica", "The Insider" və "Delfi.ee" tərəfindən dərc edilib.

O, 2004-2017-ci illər arasında Rusiyaya casusluq etməkdə şübhəli bilinir.

Latviyanın Dövlət Təhlükəsizlik Xidməti məsələyə şərhində bildirib ki, Latviya qanunvericiliyində anti-Latviya fəaliyyətində xarici dövlətə və ya xarici təşkilata yardım göstərməyə görə 2016-cı ildən etibarən cəzalar nəzərdə tutulub. Bu qanunun geriyə qüvvəsi yoxdur. "Ona görə də göstərilən tarixidə baş verənlər cinayət kimi təsnif edilə bilməz", - deyə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Normunds Mejviets bildirib. "Amma məktublardan biri 2017-ci ildən sonra göndərilib, biz bunu mütləq araşdıracağıq", - Mejviets deyib.

Latviya mətbuatı yazıb ki, bu il 74 yaşlı Tatyana Jdanokun Avropa Parlamentindəki 20 illik karyerası başa çatır. Latviya qanunvericiliyində dəyişikliklərə görə, o, may ayında keçiriləcək Avropa Parlamenti seçkilərində iştirak edə bilməyəcək və onun deputat toxunulmazlığı sona çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı