"Liverpul"dan ayrılacağını açıqlayan Yürgen Klopp barədə maraqlı iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, Klopp karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. İtaliya mediasının məlumatına görə, “Roma” klubu Kloppa təklif irəli sürüb. “Roma”nın Kloppla yeni layihəyə başlamaq istədiyi barədə iddialar dərc edilib. Kloppun İtaliya A Seriyasında işləməyə qarşı olmadığı barədə iddialar irəli sürülüb.

Qeyd edək ki, “Barselona” klubunun da Yürgen Kloppun xidmətində maraqlı olduğunu barədə xəbərlər var.